- Народный артист Азербайджана Тофик Мирзоев похоронен 22 июля 2026 года в израильском городе Арад.
- В церемонии похорон участвовали представители азербайджанской общины в Израиле и сын Мирзоева.
- Вице-президент ассоциации 'Азиз' Егана Салман выразила соболезнования от имени азербайджанской общины.
- На могилу возложены венки от Государственного комитета по работе с диаспорой и ассоциации 'Азиз'.
Day.Az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin yaydığı məlumata görə, dəfn mərasimində İsraildə yaşayan Azərbaycan icmasının nümayəndələri və Tofiq Mirzəyevin oğlu iştirak edib.
"Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının vitse-prezidenti, İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman çıxış edərək Azərbaycan icması adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. O, Tofiq Mirzəyevin Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən, Vətəndən uzaqda yaşamasına baxmayaraq Azərbaycanla bağlılığını hər zaman qoruyub saxlamasından və diaspor fəaliyyətinə verdiyi töhfələrdən bəhs edib.
Çıxışlarda vurğulanıb ki, Tofiq Mirzəyevin Azərbaycan mədəniyyətinin inkişafına və diaspor fəaliyyətinə verdiyi töhfələr hər zaman minnətdarlıq hissi ilə xatırlanacaq, onun əziz xatirəsi Azərbaycan icmasının yaddaşında dərin hörmət və ehtiramla yaşayacaq.
Mərhumun məzarı üzərinə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası adından əklillər qoyulub, xatirəsi ehtiramla yad edilib.
Комментарии
Загрузка…
Оставить комментарий