Day.Az -ın məlumatına görə, həkimlər bildirirlər ki, bu preparatlar beyində mükafatlandırma sistemi ilə əlaqəli proseslərə təsir göstərə bilər. Nəticədə bəzi insanlarda alkoqoldan əvvəlki kimi zövq alma hissi zəifləyir və içki qəbul etmək istəyi azalır.

Mütəxəssislər qeyd edirlər ki, bu nəticələr gələcəkdə alkoqol asılılığının müalicəsində yeni yanaşmalar üçün ümid yaratsa da, həmin dərmanların bu məqsədlə özbaşına istifadəsi tövsiyə edilmir. Preparatların uzunmüddətli təsiri və mümkün yan təsirləri ilə bağlı araşdırmalar davam edir.