- Президент Ильхам Алиев на IV Шушинском глобальном медиафоруме заявил о поддержке солидарности исламских стран.
- Азербайджан является одним из самых конструктивных членов ОИС.
- Азербайджан оказывает безвозмездную помощь мусульманским народам, пострадавшим от стихийных бедствий и конфликтов.
- Некоторые мусульманские страны не поддержали Азербайджан в период 30-летней оккупации, а напротив, сотрудничали с Арменией.
- Азербайджан борется с исламофобией на международных площадках.
Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Rufiz Hafizoğlu AZƏRTAC-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışında səsləndirdiyi "Biz hər zaman İslam ölkələri arasında həmrəyliyin tərəfdarı olmuşuq" tezisi, sadəcə, diplomatik protokollara xidmət edən bir cümlə deyil. Azərbaycanın müstəqillik illərindən bəri böyük fədakarlıqla, addım-addım qurduğu xarici siyasət kursunun fəlsəfi və praktiki manifestidir. Lakin rəsmi Bakının bu səmimi və birləşdirici platformasına rəğmən, bu gün İslam dünyasının öz daxilində kök salmış bəzi geosiyasi ziddiyyətlər, regional liderlik iddiaları və xüsusilə də ayrı-ayrı müsəlman dövlətlərinin yürütdüyü ikili standartlar siyasəti qlobal müsəlman birliyinin təməllərini sarsıdır. Təbii ki, bunun acı nəticələri ilk olaraq İslam dünyasına zərər verir.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ən konstruktiv və təşəbbüskar üzvlərindən biridir. Rəsmi Bakı heç vaxt müsəlman coğrafiyasına, sadəcə, bir maraq dairəsi və mənfəət meydanı kimi baxmayıb. Ölkəmizdə "İslam Həmrəyliyi İli"nin elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili və ISESCO çərçivəsində həyata keçirilən humanitar proqramlar bu yanaşmanın əyani sübutudur.
Təbii fəlakətlərdən və ya daxili münaqişələrdən əziyyət çəkən müsəlman xalqlarına edilən təmənnasız yardımlar rəsmi Bakının qardaşlıq missiyasını hər zaman üstün tutduğunu göstərir. Beynəlxalq platformalarda da Azərbaycan islamofobiyaya qarşı mübarizənin ön cəbhəsində dayanıb. Lakin təəssüf ki, bu sadiqlik və ədalətli mövqe bəzi nüfuzlu müsəlman dövlətləri tərəfindən uzun illər boyu adekvat qarşılıq görməyib, əksinə pərdəarxası siyasi xəyanətlərlə qarşılaşıb.
"İslam Əməkdaşlıq Təşkilatının nizamnaməsi üzv dövlətlərin bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləməsini və işğala qarşı vahid mövqedən çıxış etməsini tələb edir. Lakin Azərbaycanın 30 illik torpaq işğalı dövründə qarşılaşdığı mənzərə bəzi üzv dövlətlərin bu prinsiplərə yalnız kağız üzərində sadiq qaldığını ortaya qoydu. İƏT-ə üzv olan bəzi müsəlman ölkələrinin işğalçı Ermənistana qarşı yürürdüyü qucaqlayıcı siyasət əslində İslam həmrəyliyinə və qardaşlığına ciddi xəyanət idi. Ermənistanın Qarabağdakı qədim müsəlman-türk irsini sildiyi, məscidlərimizdə heyvan saxlayaraq bütün müsəlman ümmətinin heysiyyətini təhqir etdiyi bir dövrdə, bəzi müsəlman ölkələr bu təcavüzkar ölkə ilə sıx iqtisadi, siyasi və strateji tərəfdaşlıq əlaqələri qurdu, işğalçı rejimə logistik nəfəslik rolu oynadı. Özünü dünyada "müsəlmanların hamisi" kimi təqdim edən bu dövlətlərin bu addımı İslam birliyi ideyasına vurulmuş ən böyük zərbə idi.
Ekspert əlavə edib ki, İslam dini vəhdəti və təriqətindən asılı olmayaraq bütün inananların qardaşlığını təbliğ etdiyi halda, regionda hegemonluq iddiaları olan bəzi paytaxtlar xarici siyasətlərini məzhəb ekspansiyası və digər ölkələrin daxili işlərinə qarışmaq üzərində qurublar. Bu yanaşma müsəlman coğrafiyasında süni cəbhələrin açılmasına, proksi qüvvələr vasitəsilə daxili müharibələrin alovlandırılmasına və xarici qüvvələrin regiona müdaxiləsinə şərait yaradır. Azərbaycan isə daxildə formalaşdırdığı bənzərsiz multikultural modeli və məzhəblərarası harmoniya mühitini öz xarici siyasətinə də daşıyıb. Ölkəmizdə fərqli məzhəb daşıyıcılarının eyni məsciddə çiyin-çiyinə namaz qılması dünyaya verilmiş unikal mesajdır.
Bu baxımdan Prezident İlham Əliyevin Şuşada bəyan etdiyi prinsiplər Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki ədalətli və dəyişməz mövqeyinin növbəti təzahürüdür. Azərbaycan müsəlman dünyasında real, əməli və bərabərhüquqlu həmrəyliyin tərəfdarıdır. Çünki, regional sabitlik və müsəlman ümmətinin qlobal nüfuzu yalnız subyektiv ambisiyalardan uzaq, səmimi və dürüst siyasi iradə nümayiş etdirməyi tələb edir.
Комментарии
Загрузка…
Оставить комментарий