- В соцсетях распространяются объявления о яхт-турах и завтраках на побережье за 100 манатов.
- Мошенники требуют предоплату, после чего исчезают или выясняется, что услуги не существуют.
- Прошлым летом принимались меры против таких страниц, но в этом сезоне число новых аккаунтов снова выросло.
- Эксперт Бахтияр Гасанов советует проверять компанию через поисковики и официальные соцсети.
- Предложения с большими скидками за малые суммы должны вызывать подозрение.
Day.Az Milli.Az -a istinadən xəbər verir ki, keçən yay bu tip saxta səhifələrə qarşı müəyyən tədbirlər görülsə də, cari mövsümdə eyni üsulla fəaliyyət göstərən yeni hesabların sayı yenidən artıb.
Sakinlərin sözlərinə görə, belə hallardan qorunmaq üçün insanlar daha diqqətli olmalı, xüsusilə süni intellektin geniş istifadə olunduğu dövrdə doğru məlumatı saxtadan ayırmağı bacarmalıdırlar. Onlar hesab edirlər ki, internet üzərindən edilən bu cür dələduzluqlara laqeyd yanaşmaq düzgün deyil.
Məsələ ilə bağlı informasiya texnologiyaları üzrə mütəxəssis Bəxtiyar Həsənov bildirir ki, hər hansı kampaniya və ya endirim təklifinə inanmazdan əvvəl onun hansı şirkət tərəfindən təqdim olunduğunu yoxlamaq vacibdir. Onun sözlərinə görə, bunu axtarış sistemləri və ya şirkətin rəsmi sosial media hesabları vasitəsilə dəqiqləşdirmək mümkündür. Əgər məşhur bir brendin adı saxta şəkildə istifadə olunursa, adətən həmin şirkət öz rəsmi platformalarında bununla bağlı xəbərdarlıq paylaşır.
Mütəxəssis əlavə edir ki, çox kiçik məbləğ qarşılığında böyük endirimlər, bahalı xidmətlər və ya qiymətli hədiyyələr vəd edən təkliflərə ehtiyatla yanaşmaq lazımdır. Ödəniş etməzdən əvvəl məlumatların etibarlılığı yoxlanmalı, təklifin həqiqətən mövcud olduğuna əmin olunmalıdır.
Комментарии
Загрузка…
Оставить комментарий