Day.Az xəbər verir ki, bazarın aparıcı kriptovalyutası olan Bitcoin 0,29% bahalaşaraq 64 816,81 ABŞ dollarına çatıb. Ethereum 0,65% artımla 1 876,97 ABŞ dollarına, BNB isə 0,12% yüksəlişlə 569,45 ABŞ dollarına ticarət olunub.

Qızıla indekslənmiş rəqəmsal aktivlər də müsbət dinamika nümayiş etdirib. Tether Gold (XAUt) 0,23% bahalaşaraq 4 020,89 ABŞ dollarına, PAX Gold (PAXG) isə eyni faizlə artaraq 4 018,74 ABŞ dollarına yüksəlib.

Eyni zamanda, bazarın bütün iştirakçıları üçün vəziyyət eyni olmayıb. Zcash son 24 saatda 3,51%, Bitcoin Cash 2,46%, Monero isə 0,39% dəyər itirib.

Bazar iştirakçıları hesab edirlər ki, kriptovalyutalardakı mülayim yüksəlişə ABŞ-də faiz dərəcələrinin yaxın aylarda endiriləcəyi ilə bağlı gözləntilərin güclənməsi dəstək verir. Faizlərin aşağı salınacağı ehtimalı investorların riskli aktivlərə marağını artırır.

Bununla yanaşı, bazarda ehtiyatlı əhval-ruhiyyə hələ də qalır. Belə ki, Fear & Greed indeksinin 35 bənd səviyyəsində olması investorların böyük risklərə getməkdə hələ də tərəddüd etdiyini göstərir.