Bu, İranın Atom Enerjisi Təşkilatının yayımladığı bəyanatda öz əksini tapıb.

"Ötən gecə yerli vaxtla 03:39 radələrində beynəlxalq qanunlara zidd olaraq ABŞ tikilməkdə olan "Darxovin" Atom Elektrik Stansiyasının bir obyektinə bir neçə raket atıb. Bu hücum İranın inkişafının qarşısını almaq məqsədilə həyata keçirilib. Bu hücum beynəlxalq qanunların və İranın suverenliyinin açıq-aşkar şəkildə pozulmasıdır. Eyni zamanda İranın mütəxəssisləri və alimlərinin nailiyyətlərinə birbaşa hücumdur", - deyə bəyanatda qeyd olunub.