- Азербайджан и Россия планируют восстановить прямые авиарейсы по ряду направлений.
- Ограничения были введены после крушения гражданского самолета в декабре 2024 года.
- Восстановление рейсов ожидается в ближайшее время.
- Следующее заседание Межправительственной комиссии запланировано до конца года.
- В сентябре 2025 года планируется встреча Шахина Мустафаева и Алексея Оверчука.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Moskvada Rusiyalı həmkarı Sergey Lavrovla görüşün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
"2024-cü ilin dekabrında mülki təyyarəmizlə baş vermiş məlum faciədən sonra tətbiq edilmiş məhdudiyyətlərin qüvvədə olduğu bir sıra istiqamətlər üzrə yaxın vaxtlarda birbaşa aviareyslərin bərpası gözlənilir", - deyə o bildirib.
Daha sonra aprel ayında keçirilmiş Hökumətlərarası Komissiyanın iclasını xatırladan C.Bayramov növbəti iclasın ilin sonunadək baş tutmasının planlaşdırıldığını qeyd edib.
"Lakin müntəzəm təmaslara olan ehtiyacı və görülmüş işləri nəzərə alaraq, baş nazir müavinləri arasında ilkin razılıq əldə olunub. Cari ilin sentyabr ayında Şahin Mustafayevlə Aleksey Overçuk arasında görüşün keçirilməsi planlaşdırılır. Görüşdə bir sıra istiqamətlər üzrə məsələlərin müzakirə olunması nəzərdə tutulur", - deyə nazir əlavə edib.
Комментарии
Загрузка…
Оставить комментарий