- Министр иностранных дел Азербайджана Джейхун Байрамов и его российский коллега Сергей Лавров провели встречу в Москве.
- Байрамов отметил положительный тренд в торгово-экономическом сотрудничестве между Азербайджаном и Россией.
- 24-е заседание межправительственной комиссии состоялось в апреле этого года.
- Гуманитарная сфера является важной частью двусторонних отношений.
- Стороны планируют обсудить региональные и международные вопросы, включая взаимодействие на международных платформах.
Azərbaycan və Rusiya arasındakı trend müsbətdir.
Day.Az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Moskvada Rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.
"Əminəm ki, bu gün ticarət-iqtisadi əməkdaşlıq blokunu da ətraflı müzakirə edə biləcəyik. Bu istiqamətin mühüm elementlərindən biri Azərbaycan ilə Rusiya Federasiyası arasında hökumətlərarası komissiyanın müntəzəm təmaslarıdır. Komissiyanın 24-cü iclası bu ilin aprel ayında keçirilib. Bu kontekstdə hesab edirik ki, bütövlükdə dünya iqtisadiyyatında mövcud olan bütün çətinliklərə baxmayaraq, ölkələrimiz arasındakı trend müsbətdir. Bu gün, yəqin ki, 2025-ci ilin rəqəmləri və göstəriciləri, eləcə də yaxın perspektiv üçün müəyyən edilmiş istiqamətlər üzərində daha ətraflı dayanacağıq", - deyə o bildirib.
C.Bayramov qeyd edib ki, humanitar sahə ənənəvi olaraq Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir.
"Təbii ki, qarşılıqlı maraq doğuran regional və beynəlxalq gündəliyin bütün məsələlərini, o cümlədən beynəlxalq platformalarda təmaslarımızı və əməkdaşlığımızı müzakirə etməyə hazır olacağıq", - deyə Azərbaycanın XİN rəhbəri əlavə edib.
Комментарии
Загрузка…
Оставить комментарий