Day.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yağ itirərkən eyni vaxtda əzələ kütləsini artırmaq mümkündür. Bu halda tərəzidəki çəki ciddi dəyişməsə də, bədən daha yığcam və formada görünə bilər.

Bədən çəkisinin əzələ və ya yağ hesabına artdığını adi tərəzi ilə müəyyən etmək mümkün deyil. Bunun üçün bədən ölçülərindəki dəyişikliklərə, güc göstəricilərinə və ya bədən tərkibini ölçən xüsusi cihazların nəticələrinə diqqət yetirmək tövsiyə olunur.