- В Хазярском районе города Баку начаты поиски утонувшего человека.
- Сообщение о происшествии поступило на горячую линию '112' из поселка Бильгя, в неконтролируемой зоне моря, примерно в 3 км от ближайшего спасательного поста.
- К поискам привлечены водолазы-спасатели Государственной службы контроля за маломерными судами и спасения на водах МЧС.
- Предположительно, утонул Рахман Амиров 2003 года рождения.
- МЧС призывает граждан соблюдать правила безопасности, не купаться в неконтролируемых зонах и в ветреную погоду.
Bakı şəhərinin Xəzər rayonunda dənizdə batan şəxsin axtarışlarına başlanılıb.
Day.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, "112" qaynar telefon xəttinə Bilgəh qəsəbəsində, "Daçnik" adlanan ərazidə və ən yaxın xilasetmə məntəqəsindən təxminən 3 kilometr uzaqlıqda yerləşən nəzarətsiz dəniz sahəsində bir nəfərin batması barədə məlumat daxil olub.
Hadisə ilə bağlı FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda 2003-cü il təvəllüdlü Rəhman Əmirovun batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
FHN vətəndaşları təhlükəsizlik qaydalarına əməl etməyə, nəzarətsiz və qeyri-çimərlik ərazilərdə çimməməyə, eləcə də küləkli hava şəraitində dənizə girməməyə çağırıb.
Комментарии
Загрузка…
Оставить комментарий