Mövzu ilə bağlı Day.Az -a açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, arıqlama çayları, həbləri və kapsulları əsasən kommersiya məqsədi ilə bazara təqdim olunan məhsullardır və onların tanıdılmasında ən çox istifadə olunan arqumentlərdən biri "bitki mənşəli" olmasıdır.

O, deyib ki, bir məhsulun bitki mənşəli olması onun avtomatik olaraq təhlükəsiz və ya faydalı olduğu anlamına gəlmir.

"Hər bir bitkinin müalicəvi xüsusiyyətləri ilə yanaşı, müəyyən yan təsirləri də mövcuddur. Əgər hər hansı bitki tərkibli çay və ya məhsul arıqlama effekti yaradırsa, bu, əksər hallarda orqanizmin təbii fizioloji proseslərinə müdaxilə hesab olunur. Bəzi hallarda maddələr mübadiləsini süni şəkildə sürətləndirir, ishal və ya qusma yaradır ki, bunun nəticəsində vitamin və mineralların itirilməsi, bağırsaq mikroflorasının pozulması və ümumi sağlamlığın zəifləməsi baş verə bilər. Bu cür məhsullar həkim məsləhəti olmadan və nəzarətsiz qəbul edildikdə daha ciddi fəsadlara səbəb ola bilər. Uzunmüddətli və ya düzgün istifadə edilmədikdə vitamin-mineral çatışmazlığı, saç tökülməsi, dırnaqların kövrəkləşməsi, dəri problemləri, həzm sistemi pozğunluqları və bəzi daxili orqanların fəaliyyətində problemlər yarana bilər. Həmçinin sürətli çəki itkisinin əzələ kütləsinin azalmasına və dəri sallanmasına səbəb olduğu da nəzərə alınmalıdır. Xüsusilə hamiləlik planlaşdıran qadınlar hər hansı arıqlama vasitəsindən istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər", - o bildirib.

"Hər bir bitkinin müalicəvi xüsusiyyətləri ilə yanaşı, müəyyən yan təsirləri də mövcuddur. Əgər hər hansı bitki tərkibli çay və ya məhsul arıqlama effekti yaradırsa, bu, əksər hallarda orqanizmin təbii fizioloji proseslərinə müdaxilə hesab olunur. Bəzi hallarda maddələr mübadiləsini süni şəkildə sürətləndirir, ishal və ya qusma yaradır ki, bunun nəticəsində vitamin və mineralların itirilməsi, bağırsaq mikroflorasının pozulması və ümumi sağlamlığın zəifləməsi baş verə bilər.

Bu cür məhsullar həkim məsləhəti olmadan və nəzarətsiz qəbul edildikdə daha ciddi fəsadlara səbəb ola bilər. Uzunmüddətli və ya düzgün istifadə edilmədikdə vitamin-mineral çatışmazlığı, saç tökülməsi, dırnaqların kövrəkləşməsi, dəri problemləri, həzm sistemi pozğunluqları və bəzi daxili orqanların fəaliyyətində problemlər yarana bilər. Həmçinin sürətli çəki itkisinin əzələ kütləsinin azalmasına və dəri sallanmasına səbəb olduğu da nəzərə alınmalıdır. Xüsusilə hamiləlik planlaşdıran qadınlar hər hansı arıqlama vasitəsindən istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər", - o bildirib.

Sağlam bədən çəkisini qorumağın ən etibarlı yolu balanslı qidalanma, kifayət qədər yuxu, müntəzəm fiziki aktivlik və sağlam həyat tərzidir. Qısa müddətdə 7-10 kiloqram və ya daha çox arıqlama vəd edən məhsullara ehtiyatla yanaşmaq lazımdır. Çünki sürətli çəki itkisi əksər hallarda sağlam yağ toxumasının deyil, əzələ kütləsinin və orqanizmin su ehtiyatının azalması hesabına baş verir. Buna görə də bitki tərkibli və ya "orqanik" adı ilə təqdim olunan hər bir məhsulu faydalı hesab etmək düzgün deyil. İstifadə ediləcək məhsullar müvafiq keyfiyyət və təhlükəsizlik sertifikatlarına malik olmalı, satışına rəsmi icazə verilməli və yalnız mütəxəssis tövsiyəsi ilə qəbul edilməlidir", - o vurğulayıb.