- Мужчина подозревается в насилии над женой в течение 14 лет
- Женщина с детьми помещена в убежище
- Подозреваемый задержан полицией
- Инцидент освещен в соцсетях организацией 'Təmiz Dünya'
- Женщина подвергалась физическому и психологическому насилию
Day.Az xəbər verir ki, Tovuz rayonu sakini T. Rüstəmovanın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən zorakılığa məruz qalması və sığınacağa yerləşdirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan paylaşımlar əsasında polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalar çərçivəsində qadının həyat yoldaşı A. Bədirov saxlanılıb.
Qeyd edək ki, T.Rüstəmova iki gün öncə həyat yoldaşı tərəfindən şiddətə məruz qaldığı üçün uşaqları ilə birlikdə sığınacağa yerləşdirib.
Bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, qadın 14 il ərzində davamlı olaraq fiziki və psixoloji zorakılığa məruz qalıb. Uşaqların səs salması, ən xırda məişət məsələləri və digər kiçik səbəblər belə həyat yoldaşının ona qarşı zorakılıq etməsi ilə nəticələnib.
Qadın uzun illər davam edən bu şiddətlərdən sonra övladları ilə birlikdə sığınacağa müraciət edib.
Qadının sözlərinə görə, yaxınları ona dəstək olmağa çalışsalar da, həyat yoldaşı dəfələrlə ailəsinin yaşadığı ünvana gələrək onlara da hücum edib.
Комментарии
Загрузка…
Оставить комментарий