Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Day.Az -a verilən məlumata görə, sosial şəbəkələrdə T. Rüstəmovanın həyat yoldaşı tərəfindən zorakılığa məruz qalması və sığınacağa yerləşdirilməsi ilə bağlı yayılan məlumatlar əsasında polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmalar zamanı qadının həyat yoldaşı A. Bədirov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.