- Азербайджан поднялся на 35-е место в мировом рейтинге кибербезопасности.
- Об этом заявил исполнительный директор Центра анализа экономических реформ и коммуникаций Вюсал Гасымлы.
- Киберпреступность развивается по модели 'Crime as a Service'.
- Азербайджан занимает средние позиции в рейтингах цифровой экономики и ИИ.
- Повышение в рейтинге кибербезопасности объясняется проводимой политикой в этой сфере.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda kibercinayətkarlıq artıq "Crime as a Service" (xidmət kimi kibercinayət) modeli ilə inkişaf edir və bu, ölkələrin informasiya təhlükəsizliyini daha da ön plana çıxarır.
V.Qasımlı bildirib ki, Azərbaycan rəqəmsal iqtisadiyyat, süni intellekt və digər istiqamətlər üzrə dünya reytinqlərində hələ orta mövqedədir və bu sahələrdə inkişaf üçün dövlət proqramlarının qəbulunun mühüm töhfə verəcəyinə inanır.
"Bununla belə, informasiya təhlükəsizliyi sahəsində vəziyyət fərqlidir. Azərbaycan kibertəhlükəsizlik üzrə dünya reytinqində 35-ci yerə yüksəlib. Bu da ölkənin informasiya təhlükəsizliyi istiqamətində həyata keçirdiyi siyasətin nəticəsidir", - deyə o əlavə edib.
Комментарии
Загрузка…
Оставить комментарий