- Азербайджан планирует войти в топ-40 стран по индексу развития электронного правительства ООН к 2026-2028 годам.
- В настоящее время страна занимает 74-е место в этом рейтинге.
- План действий на 2026-2028 годы включает 88 инициатив по четырем направлениям: цифровизация, ИИ, инновации и кибербезопасность.
- Цели включают удвоение объема ИКТ-сектора, увеличение экспорта ИКТ до 1 млрд долларов и рост занятости в секторе с 25 тыс. до 40 тыс. человек.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan bu reytinqdə 74-cü yerdə qərarlaşıb.
R.Həsənov bildirib ki, 2026-2028-ci illəri əhatə edən Fəaliyyət Planı çərçivəsində ümumilikdə 88 təşəbbüs həyata keçiriləcək. Bu təşəbbüslər rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik olmaqla dörd əsas istiqaməti əhatə edir.
Nazir müavini qeyd edib ki, proqramın əsas nəticə göstəriciləri sırasında İKT sektorunun həcminin iki dəfə artırılması, İKT ixracının 1 milyard dollara çatdırılması, sektorda məşğul olanların sayının 25 mindən 40 minə yüksəldilməsi və elektron hökumətin inkişafı indeksində ilk 40 ölkə sırasında yer almaq hədəfi var.
Комментарии
Загрузка…
Оставить комментарий