Day.Az xəbər verir ki, Cəmilə İsmayılzadə bakalavriat təhsilini Bakı Dövlət Universitetində (Beynəlxalq münasibətlər ixtisası üzrə), magistratura təhsilini isə

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"

çərçivəsində Almaniyada alıb.

C.İsmayılzadə bundan əvvəl Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan-Fransız Universitetində (UFAZ), Azərbaycan İdman Akademiyasında rəhbər vəzifələrdə çalışıb. Bu təyinata qədər C.İsmayılzadə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının təşkilati komandasında şöbə müdiri vəzifəsində işləyib.

Çoxsaylı beynəlxalq təqaüd və təlim proqramlarının məzunu olan C.İsmayılzadə ictimaiyyətlə əlaqələr, kommunikasiya, universitet idarəetməsi və beynəlxalq əməkdaşlıq sahəsində təcrübəyə malikdir.