Day.Az İdman.Biz -ə istinadən xəbər verir ki, futbolçunu Mərakeşlə keçirilən oyunda zədələdiyi sağ topuq nahiyəsi hələ də narahat edir.

Mbappe komandanın ümumi məşqindən ayrı hazırlaşıb və topla işləməyib. Buna baxmayaraq, onun yarımfinal matçına start heyətində çıxacağı ehtimal olunur.

Fransa millisinin baş məşqçisi Didye Deşam isə Mbappenin fiziki durumu ilə bağlı narahatlıqlara baxmayaraq, hücumçunun yarımfinalda meydana çıxa biləcəyini vurğulayıb.