Day.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul əməkdaşı Samid Quliyev bildirib ki, Səfər ayı iyulun 15-də başlayacaq və avqustun 13-dək davam edəcək.

Onun sözlərinə görə, Həzrət İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin şəhadətinin 40-cı günü olan Ərbəin bu il avqustun 4-də qeyd ediləcək.

Qeyd edək ki, bu il Məhərrəm ayı miladi təqvimlə iyunun 16-da başlayıb. Aşura günü isə iyunun 25-də qeyd olunub.