- Начаты лабораторные анализы для научного изучения рыбных запасов в Каспийском море.
- Совместная научно-исследовательская экспедиция проводится сотрудниками Центра рыболовства и аквакультуры Минсельхоза и турецкими специалистами.
- Определяются длина, масса, возраст и другие биологические показатели рыб, а также биометрические измерения видов.
- Цель экспедиции — оценка состояния водных биоресурсов, обогащение научной базы данных и получение надежных научных показателей для будущего мониторинга.
- Результаты исследований будут опубликованы после завершения работ.
Day.Az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Xəzər dənizində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə elmi-tədqiqat ekspedisiyası davam etdirilir.
Ekspedisiya çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları və türkiyəli mütəxəssislər tərəfindən birgə elmi tədqiqatlar aparılır.
Tədqiqatlar zamanı balıq nümunələrinin uzunluğu, kütləsi, yaşı və digər bioloji göstəriciləri müəyyən edilir. Bununla yanaşı, növlərin biometrik ölçüləri götürülür, populyasiyaların bioloji vəziyyəti qiymətləndirilir. Hazırda toplanmış nümunələr və əldə olunan məlumatlar üzərində laborator təhlillər davam etdirilir. Tədqiqatların yekun nəticələri araşdırmalar başa çatdıqdan sonra açıqlanacaq.
Ekspedisiyanın əsas məqsədi su bioehtiyatlarının mövcud vəziyyətini qiymətləndirmək, balıq ehtiyatları üzrə elmi məlumat bazasını zənginləşdirmək və gələcək monitorinq işləri üçün etibarlı elmi göstəricilər əldə etməkdir. Toplanan məlumatlar balıq ehtiyatlarının qorunması, səmərəli idarə olunması və davamlı istifadəsinin təmin edilməsi istiqamətində aparılacaq elmi araşdırmalar və idarəetmə qərarları üçün mühüm əhəmiyyət kəsb edəcək.
Комментарии
Загрузка…
Оставить комментарий