- В первой половине 2026 года проведено более 50 встреч с предпринимателями
- В мероприятиях участвовало около 1500 субъектов бизнеса
- Встречи организованы Агентством развития малого и среднего бизнеса (KOBİA)
- В июле запланированы встречи в Баку, Балакене, Сальяне, Огузе, Горанбое, Гусаре, Агдаме и Бабеке
- Темы встреч: доступ к рынкам капитала, пчеловодство, аквакультура, инновации в сельском хозяйстве, зеленая экономика, туризм
2026-cı ilin birinci yarısında sahibkarların iştirakı ilə 50-dən çox sahəvi görüş və maarifləndirmə tədbiri təşkil olunub ki, bu tədbirlərdə ümumilikdə 1500-ə yaxın biznes subyekti iştirak edib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təşkil olunmuş tədbirlər çərçivəsində sahibkarlar biznes sahəsində yeniliklər, qanunvericilik və dövlətin dəstək alətləri barədə məlumatlandırılıb, onların təklifləri və qarşılaşdıqları məsələlər müvafiq qurumların iştirakı ilə müzakirə edilib.
Sahəvi görüşlər və maarifləndirmə tədbirləri iyul ayında da davam etdiriləcək. Bu ay görüşlər onlayn və oflayn formatda olmaqla Bakı şəhərində, Balakən, Salyan, Oğuz, Goranboy, Qusar, Ağdam və Naxçıvan Muxtar Respublikasının Babək rayonunda keçiriləcək. Görüşlər əsasən KOB-ların kapital bazarlarına çıxış imkanları, arıçılıq, akvakultura, kənd təsərrüfatı, aqrar sahədə innovasiyalar, süd və süd məhsullarının istehsalı, yaşıl iqtisadiyyat, heyvandarlıq, turizm kimi sahələrdə mövcud vəziyyət, inkişaf perspektivləri və çağırışlara həsr olunacaq. İyul ayında biznesin rəqəmsallaşdırılması və innovativ həllər mövzusunda görüşlər onlayn formatda olmaqla bütün ölkə regionlarında təşkil olunacaq.
Sahibkarlar iyul ayında keçiriləcək sahəvi görüşlər və maarifləndirmə tədbirləri barədə ətraflı məlumatla linkə keçid etməklə tanış ola bilərlər: https://smb.gov.az/az/events?slug=gorus
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий