- В Азербайджане принят законопроект о льготах по социальному страхованию для работников IT-сферы.
- Льготы касаются цифровых технологий, ИИ, кибербезопасности и инноваций.
- Высококвалифицированные мигранты и цифровые кочевники освобождаются от взносов на 5 лет с 1 июля 2026 года.
- Законопроект принят в первом чтении.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə edilən "Sosial sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində sahibkarlıq fəaliyyətini həyata keçirən sığortaedənlərdə (texnologiyalar parkının rezidentləri istisna olmaqla) işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödəniləcək:
Sığorta haqqına cəlb edilən aylıq gəlir
sığortaolunanın gəlirlərindən tutulan
sığortaedənin vəsaiti hesabına ödənilən
6 manat + 200 manatdan 8000 manatadək olan hissənin 5 faizi
44 manat + 200 manatdan 8000 manatadək olan hissənin 7 faizi
786 manat + 8000 manatdan çox olan hissənin 5 faizi
1214 manat + 8000 manatdan çox olan hissənin 5 faizi
Lakin kibertəhlükəsizlik, rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları və innovasiyalar sahələrində yüksəkixtisaslı miqrantlar, habelə rəqəmsal səyyahlar üçün 2026-cı il iyulun 1-dən 5 il müddətinə məcburi dövlət sosial sığortasına cəlb olunmayacaq.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий