- Самолет Qatar Airways, выполнявший рейс QTR253 по маршруту Доха-Тбилиси, совершил посадку в аэропорту Гейдар Алиев в Баку в качестве запасного аэропорта.
- Причиной стали неблагоприятные метеоусловия в Тбилиси.
- Воздушное судно Airbus A320 успешно приземлилось в 20:23 по местному времени.
- После улучшения погоды рейс продолжит полет в пункт назначения.
"Qatar Airways" aviaşirkətinə məxsus, Doha-Tbilisi marşrutu üzrə QTR253 reysini yerinə yetirən hava gəmisi ehtiyat hava limanı qismində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Bu barədə Day.Az -a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
Bu qərar təyinat hava limanı olan Tbilisidə müşahidə olunan əlverişsiz meteoroloji şərait səbəbindən hava gəmisinin komandiri tərəfindən qəbul edilib.
Airbus A320 tipli hava gəmisi yerli vaxtla saat 20:23-də uğurla eniş edib. Heydər Əliyev Beynəlxalq Aeroportu hava gəmisinə mövcud prosedurlara uyğun xidmət göstərib. Meteoroloji şərait yaxşılaşdıqdan sonra reys təyinat məntəqəsinə uçuşunu davam etdirəcək.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий