Day.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, mütəxəssislər diş çürüklərinin daha çox 2-5 yaşlı uşaqlarda müşahidə olunduğunu bildirir.

Düzgün ağız gigiyenasına əməl edilməməsi və zərərli qidalanma xəstəliyin əsas səbəbləri sırasındadır. Həkimlər ilk əlamətlər yaranan kimi stomatoloqa müraciət etməyi tövsiyə edirlər.

Stomatoloji xidmətlərin qiymətləri göstərilən xidmətin növündən və klinikadan asılı olaraq dəyişir. Mütəxəssislər bildirirlər ki, vahid qiymət mexanizminin olmaması səbəbindən xidmət haqları arasında ciddi fərqlər müşahidə olunur.