- XX Бакинская летняя энергетическая школа открылась в ADA University.
- За 20 лет на кампусе построено около 20 новых зданий.
- Солнечные панели на крышах двух зданий производят более 1 млн кВт·ч электроэнергии в год.
- В университете реализован проект по использованию геотермальной энергии.
- bp поддерживает организацию школы и совместные программы с Университетом Джорджа Вашингтона.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev universitetin İnkişaf və Diplomatiya İnstitutunun (IDD) təşkil etdiyi XX Bakı Yay Enerji Məktəbinin (Baku Summer Energy School) açılış mərasimində deyib.
O bildirib ki, Bakı Yay Enerji Məktəbinin keçirildiyi 20 il ərzində ADA Universitetinin kampusunda təxminən 20 yeni bina inşa edilib.
"Kampusun inkişafı proqramın inkişafı ilə paralel gedib. Proqramı hər dəfə təşkil edərkən yeni bir binanın istifadəyə verilməsinə çalışmışıq. Bu yaxınlarda universitetdə Kənd Təsərrüfatı və Qida Elmləri, həmçinin Dizayn və Memarlıq fakültələrinin yeni korpusları istifadəyə verilib. Universitet dayanıqlı inkişaf və enerji səmərəliliyi məsələlərinə xüsusi diqqət ayırmağa davam edir. İki binanın damında quraşdırılmış günəş panelləri ildə bir milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edir. Bunun sayəsində həmin korpuslar və köhnə kampus qismən elektrik enerjisi ilə təmin olunur", - deyə rektor bildirib.
Bundan əlavə, H.Paşayev qeyd edib ki, universitetdə daha əvvəl geotermal enerjidən istifadə layihəsi də həyata keçirilib.
"Kampusumuzdakı bütün köhnə binalar qismən yerin enerjisi ilə təmin olunur. Bu, Azərbaycanda ilk, faktiki olaraq isə regionda həyata keçirilən ilk belə layihə idi. Universitet həm Yay Enerji Məktəbinin təşkili, həm də təhsil layihələrinin həyata keçirilməsi çərçivəsində bp şirkətinin dəstəyini almaqda davam edir. bp, həmçinin, Corc Vaşinqton Universiteti ilə birgə ikili diplom proqramlarının inkişafına dəstək göstərir ki, bu da ADA-da mühəndislik təhsilinin gücləndirilməsinə töhfə verir.
ADA Universiteti fəaliyyətə Diplomatik Akademiya kimi başlayıb, lakin zaman keçdikcə hazırlıq istiqamətlərini əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün Diplomatik Akademiya universitetimizin məktəblərindən yalnız biridir. Bununla yanaşı, diplomatiya sahəsində mütəxəssis hazırlığına töhfə verməyə davam etməyimizlə qürur duyuruq. Proqramlarımızın məzunları arasında artıq səfirlər də yer alır", - deyə o əlavə edib.
H.Paşayev bildirib ki, ilk Bakı Yay Enerji Məktəbi 2006-cı ildə - Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verildiyi ildə keçirilib və o bunu rəmzi bir təsadüf adlandırıb.
"Əminəm ki, Yay Enerji Məktəbimizin 20 illiyi də Azərbaycanın neft-qaz və enerji sektorunun yeni nailiyyətləri ilə yadda qalacaq", - deyə o vurğulayıb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий