- 29-30 июня 2026 года прошел воркшоп по цифровому правительству, организованный İRİA и Департаментом ООН по экономическим и социальным вопросам.
- Участвовали представители госорганов, частного сектора и международные эксперты.
- Обсуждались достижения, вызовы, готовность к ИИ и кибербезопасность.
- Заместитель председателя İRİA Шахин Алиев подчеркнул важность воркшопа для межведомственной координации.
- Руководитель отдела цифрового правительства ООН Винченцо Акваро отметил целенаправленный подход Азербайджана.
Belə ki, vörkşop ərzində rəqəmsal hökumət sahəsində əldə edilən nailiyyətlər və strateji prioritetlər nəzərdən keçirilib. Dövlət qurumlarının nümayəndələri rəqəmsal transformasiya sahəsində əldə olunmuş əsas nəticələr və mövcud çağırışlar haqqında təqdimatlar edərək rəqəmsal xidmətlərin yetkinlik səviyyəsi və təşkilati potensialla bağlı praktik müzakirələr aparıblar. Müzakirələr zamanı Azərbaycanın süni intellekt əsaslı rəqəmsal hökumət mərhələsinə hazırlıq məsələsinə xüsusi diqqət yetirilib.
Vörkşopda həm yerli, həm də beynəlxalq ekspertlər rəqəmsal hökumətin inkişafı, qurumlararası koordinasiya, nəticələrin ölçülməsi və qiymətləndirilməsinə əsaslanan siyasət quruculuğu, vətəndaşyönümlü rəqəmsal xidmətlərin transformasiyası və yeni texnoloji tendensiyalar üzrə yanaşmalar və qabaqcıl təcrübəni iştirakçılarla bölüşüblər.
İRİA-nın İdarə Heyəti sədrinin müavini Şahin Əliyev vörkşopun Azərbaycan üçün əhəmiyyətini vurğulayıb:
" Azərbaycanın rəqəmsal hökumət sahəsində əldə etdiyi nailiyyətlər, süni intellektə hazırlıq, kibertəhlükəsizlik, Dayanıqlı İnkişaf Məqsədləri və inklüziv rəqəmsal transformasiya ilə bağlı iki gün ərzində olduqca məhsuldar müzakirələr apardıq. Hesab edirəm ki, bu vörkşop Azərbaycanda qurumlararası koordinasiyanın gücləndirilməsinə və milli prioritetlərin həyata keçirilməsinə mühüm töhfə verəcəkdir ".
BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət İnstitutları və Rəqəmsal Hökumət Bölməsinin rəqəmsal hökumət üzrə rəhbəri Vinçenzo Akvaro vökşopun Azərbaycanın rəqəmsal inkişaf yolunda mühüm dəyər formalaşdırdığını bildirib: " Bu vörkşopda biz Azərbaycanın müasir, təhlükəsiz və vətəndaşmərkəzli rəqəmsal hökumət quruculuğuna məqsədyönlü yanaşmasının şahidi olduq. Dövlət qurumları, özəl sektor, akademik və beynəlxalq tərəfdaşlar bir araya gələrək Azərbaycanda əldə olunmuş nəticələr və milli rəqəmsal prioritetlərin reallaşdırılmasına dair əhəmiyyətli fikir mübadiləsi apardılar".
Qeyd edək ki, "Rəqəmsal hökumətin inkişafı" vörkşopunun keçirilməsində əsas məqsəd rəqəmsal transformasiya sahəsində əldə olunmuş nəticələr və gələcək prioritetlərin müzakirə və təhlil edilməsidir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий