Day.Az -ın məlumatına görə, endokrinoloq Nataliya Tananakina bildirib ki, hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu aclığa dözümlülüyü azalda bilər.

Mütəxəssisin sözlərinə görə, hipertireoz maddələr mübadiləsini sürətləndirərək enerji ehtiyatlarının daha tez tükənməsinə səbəb olur. Addison xəstəliyində isə kortizol çatışmazlığı aclıq zamanı zəiflik və ürəkbulanmanı artırır. Qanda şəkərin azalması da halsızlıq, diqqətsizlik və əsəbilik yarada bilər.

Xüsusilə birinci tip diabeti olan şəxslər uzunmüddətli aclıqdan çəkinməlidirlər. Belə hallarda diabetik ketoasidoz kimi həyati təhlükəli fəsadlar yarana bilər. Aclıq zamanı təkrarlanan və güclü ürəkbulanma, halsızlıq və digər narahatedici əlamətlər müşahidə olunarsa, həkimə müraciət etmək tövsiyə edilir.