Həmin maddəyə əsasən, sizi təhqir etmiş şəxs və ya şəxslər 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər.
Hüquqlarınızın səmərəli müdafiəsi üçün təhqiri təsdiq edən sübutların, o cümlədən sosial şəbəkə paylaşım və şərhlərinin, yazışmaların, ekran görüntülərinin (skrinşotların), video və digər elektron məlumatların saxlanılması mühüm əhəmiyyət daşıyır. Bu cür sübutlar həm hüquq-mühafizə orqanlarına müraciət zamanı, həm də məhkəmə prosesində iş üzrə hallarının araşdırılması üçün istifadə oluna bilər.
Qanunvericiliyin verdiyi imkanlardan istifadə etməklə siz həm təhqirə yol vermiş şəxsin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsini tələb edə, həm də sizə vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi barədə məhkəmədə iddia qaldıraraq təzminat tələb edə bilərsiniz.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий