- Азербайджанские шахматисты завоевали две золотые медали на чемпионате мира по шахматам среди юношей и девушек до 14, 16 и 18 лет в Монтесильвано, Италия.
- Захра Аллахверди стала чемпионкой мира среди девушек до 14 лет, набрав 9 очков.
- Хаган Ахмед завоевал золото в категории до 16 лет, набрав 9,5 очков и победив в последнем туре представителя FIDE Глеба Шеглова.
- В чемпионате участвовали более 750 шахматистов из 83 стран.
Son tur ərəfəsində 14 yaşadək qızlar arasında yarışda lider mövqeyini qoruyan Zəhra Allahverdi çempionluğunu rəsmiləşdirib. 11-ci turda Türkiyə şahmatçısı Tuana Abakla heç-heçə oynayan Zəhra 9 xal toplamaqla dünya birinciliyinin qızıl medalına layiq görülüb.
Azərbaycan şahmatçılarından növbəti qızıl medalı 16 yaşadək kateqoriyasında çıxış edən gənc istedad Xaqan Əhməd əldə edib. Dünya çempionatı ərzində inamlı mübarizə sərgiləyən 14 yaşlılar arasında Avropa çempionu 11-ci turda FIDE təmsilçisi Qleb Şeqlovu məğlub edib. 11 turdan sonra aktivində 9,5 xalı olan Xaqan Əhməd karyerasında ilk dəfə dünya çempionu titulunu qazanıb.
83 ölkədən 750-dən çox şahmatçının mübarizə apardığı dünya çempionatında Azərbaycan şahmatçıları iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxacaq və onların şərəfinə Dövlət Himni səsləndiriləcək.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий