- Реконструкция линии Евлах-Барда протяженностью 30 км
- Демонтажные работы завершены в мае
- Планируется строительство 174 инженерных сооружений: 4 моста, 12 автопроездов, 98 водопропускных труб, 60 запасных проездов
- Скорость поездов составляла 10-60 км/ч из-за отсутствия капремонта с 1967 года
- После реконструкции скорость увеличится, обеспечив быстрое и бесперебойное сообщение до Ханкенди
Yevlax-Bərdə dəmir yolu xəttində yenidənqurma işləri davam etdirilir.
Bu barədə "Azərbaycan Dəmir Yolları"nın (ADY) Mətbuat Xidmətindən bildirilib.
Məlumata əsasən, uzunluğu 30 kilometr olan xətt üzrə may ayında başlanılan söküntü işləri artıq tamamlanıb.
Layihə çərçivəsində ümumilikdə 174 ədəd mühəndis qurğusunun tikintisi planlaşdırılır. Bunlara 4 körpü, 12 avtomobil keçidi, 98 suötürücü boru və 60 ehtiyat keçidi daxildir.
Hazırda yol yatağının tikintisi davam etdirilir.
Bu xətdə 1967-ci ildən bəri əsaslı təmir aparılmadığından qatarların hərəkət sürəti 10-60 km/saat arasında dəyişirdi. Yenidənqurma işləri başa çatdıqdan sonra hərəkət sürəti artacaq, daha sürətli, dayanıqlı və fasiləsiz dəmir yolu əlaqəsi təmin olunacaq. Bununla da Yevlaxdan Xankəndiyə qədər müasir dəmir yolu infrastrukturu formalaşacaq.
Комментарии
Загрузка…
Оставить комментарий