- За 5 месяцев 2026 года покупка наличной иностранной валюты превысила продажу на 311 млн долларов США.
- Уровень долларизации депозитов снизился на 2.8 процентных пункта до 27% в мае 2026 года.
- Объем денежных переводов в страну за январь-май вырос на 28.8% до 560.1 млн долларов США.
- Центральный банк Азербайджана увеличил валютные резервы на 1.2 млрд долларов (10.4%) до 12.7 млрд долларов.
Day.Az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 2026-cı ilin 5 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 311 milyon ABŞ dolları üstələyib.
"Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2.8 faiz bəndi azalaraq 2026-cı ilin mayında 27%-ə enib. Yanvar-may aylarında ölkəyə daxil olan pul baratlarının həcmi ötən ilin müvafiq dövrünə nəzərən 28.8% artaraq 560.1 mln. ABŞ dolları təşkil edib", - AMB-dən bildirilib.
Eyni zamanda qeyd edilib ki, balyuta hərraclarında bankların tələbinin əhəmiyyətli azalması şəraitində Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib:
"Cari ilin 5 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1.2 mlrd. ABŞ dolları məbləğində və ya 10.4% artaraq 12.7 mlrd. ABŞ dollarına çatıb".
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий