İşçi Qrupunun məlumatına görə, 2026-cı ilin yanvar-may ayları ərzində "802" qaynar xətt telefon zəng xidmətinə 302 vətəndaş müraciəti daxil olub, onların 38-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 25-i narkotik asılılıqdan müalicə, 239-si isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub.
"Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 63 məktub ünvanıb",-deyə İşçi Qrupundan əlavə edilib.
Bildirilib ki, Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 39002 nəfər istiqamətləndirilib.
"Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 2740 nəfərdən 1301 nəfərinin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib", - deyə İşçi Qrupundan bildirilib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий