Son aylarda Azərbaycanda torpaq sürüşmələrinin sayında və sürüşmə riskində artım müşahidə edilir. Mütəxəssislər bunu əsasən 2026-cı ilin yaz aylarında müşahidə olunan intensiv yağıntılar və torpağın həddindən artıq nəmlənməsi ilə əlaqələndirirlər. Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, iyunun 11-də Qusar rayonunun Laza kəndində də analoji sürüşmə hadisəsi qeydə alınmışdı.

Mütəxəssislərin qiymətləndirmələrinə görə, Abşeron yarımadası, Böyük və Kiçik Qafqaz dağ sistemləri, eləcə də Talış dağlıq əraziləri hazırda ölkədə sürüşmə baxımından ən yüksək risk daşıyan bölgələr sırasındadır. Alimlər dağlıq və dağətəyi ərazilərdə yaşayan əhaliyə ehtiyatlı olmağı tövsiyə edirlər.