- 17 июня в Агентстве развития медиа (MEDİA) прошла двусторонняя встреча с генеральным директором Союза информационных агентств Организации исламского сотрудничества (OIC News Agencies Union).
- Исполнительный директор MEDİA Ахмед Исмаилов подчеркнул важность укрепления сотрудничества между медиаорганизациями на фоне глобальных вызовов.
- Обсуждались обмен опытом в борьбе с фейками, продвижение медиа- и цифровой грамотности, координация действий против дезинформации и языка вражды.
- Генеральный директор OIC News Agencies Union Мохаммед Аль-Ями отметил важность ответственного и прозрачного использования ИИ в медиа.
- Стороны обменялись мнениями по повышению медиаграмотности, информационной безопасности, внедрению инноваций и перспективам сотрудничества.
Day.Az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.
Bildirilib ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qlobal informasiya məkanında sürətlə dəyişən çağırışlar fonunda media qurumları arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, saxta və qeyri-mötəbər məlumatların yayılmasına qarşı mübarizədə təcrübə mübadiləsinin təşkili, media və rəqəmsal savadlılığın təşviqi, eləcə də dezinformasiya, yanlış məlumatlandırma və nifrət nitqinə qarşı koordinasiyalı fəaliyyətin genişləndirilməsi xüsusi önəm daşıyır.
İslam Əməkdaşlıq Təşkilatının Xəbər Agentlikləri Birliyinin baş direktoru Məhəmməd Əl-Yami rəqəmsal transformasiya dövründə innovativ texnologiyaların, xüsusilə süni intellekt alətlərinin media sahəsində məsuliyyətli və şəffaf istifadəsinin əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, kontentin hazırlanması, yoxlanılması və idarə olunmasında yeni texnologiyaların tətbiqi peşəkar jurnalistika prinsiplərinə və etik standartlara uyğun şəkildə həyata keçirilməlidir.
Görüş zamanı media savadlılığının artırılması, informasiya təhlükəsizliyinin təşviqi, media sahəsində innovativ həllərin tətbiqi və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Комментарии
Загрузка…
Оставить комментарий