Day.Az xəbər verir ki, bu mərhələ yaddaşın möhkəmlənməsi, immun sistemin bərpası və beyin funksiyaları üçün vacibdir, lakin yaşla birlikdə əhəmiyyətli dərəcədə qısalır.

Digər faktor yuxunun tez-tez bölünməsidir. Yaşlı insanlar gecə daha çox oyanır - bu, xroniki xəstəliklər, ağrılar, dərmanların yan təsiri və ya tez-tez tualetə getmə ehtiyacı ilə bağlı ola bilər. Nəticədə yuxu fasiləli olur və orqanizm tam bərpa olunmur.

Bundan əlavə, bioloji saatlar da dəyişir: melatonin daha erkən ifraz olunduğu üçün insanlar axşam tez yuxulayır, lakin səhər çox erkən oyanırlar. Mütəxəssislər bildirirlər ki, bu dəyişikliklər yaşlılarda yuxu çatışmazlığını artırır və yaddaş, diqqət və ümumi sağlamlığa mənfi təsir göstərə bilər.