Day.Az xəbər verir ki, DİN-in məlumatına görə, paytaxt ərazisində yerləşən evlərdən birindən qızıl əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı A.Xəlilova və 26 yaşlı İ.Quluzadə müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, onlar evdən hissə-hissə ümumi dəyəri 14 min manat olan qızıl-zinət əşyalarını oğurlayıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.