- Годовая инфляция в Азербайджане в январе-мае 2026 года составила 5,6%
- Цены на продовольствие, алкоголь и табак выросли на 6,7%
- Цены на непродовольственные товары выросли на 3,7%
- Цены на платные услуги населению выросли на 5,7%
- В мае 2026 года по сравнению с предыдущим месяцем инфляция составила 0,1%
Day.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
2025-ci ilin may ayı ilə müqayisədə illik qiymət artımı 5,6 faiz, son bir ayda isə 0,1 faiz təşkil edib.
2026-cı ilin may ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,1 faiz azalıb, əvvəlki ilin müvafiq ayına nisbətən 6,6 faiz artıb.
Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından qarabaşaq yarması, mal və qoyun əti, kolbasa məmulatları, pendir, kəsmik, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, limon, alma, kivi, ağ kələm, brokkoli, göyərti, göy lobya, süfrə çuğunduru, soğan, qazlı və qazsız suların qiymətləri bahalaşıb, təzə balıq, yumurta, banan, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, yerkökü, sarımsaq və kartofun qiymətləri isə ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2026-cı ilin may ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 3,9 faiz artıb. May ayında əvvəlki ayla müqayisədə boya, plastik boru, yuyucu vasitələr və şəxsi gigiyena məmulatlarının qiymətləri bahalaşıb, zərgərlik məmulatlarının qiymətləri isə ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2026-cı ilin may ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,2 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 5,7 faiz təşkil edib. May ayında əvvəlki ayla müqayisədə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий