- Кардиолог Сара Александер рекомендует добавлять авокадо в завтрак для здоровья сердца.
- Авокадо снижает уровень холестерина и нормализует артериальное давление.
- Употребление минимум двух порций авокадо в неделю снижает риск сердечно-сосудистых заболеваний.
- Авокадо содержит растительные стеролы, антиоксиданты, витамин E и клетчатку.
- Половина авокадо обеспечивает четверть суточной нормы пищевых волокон, а калия в нем больше, чем в банане.
Publika.az xəbər verir, həkimin sözlərinə görə, avokado xolesterinin səviyyəsini azaltmağa və arterial təzyiqi normada saxlamağa kömək edir. Araşdırmalar göstərib ki, həftədə ən azı iki porsiya avokado yeyən insanlar ürək-damar xəstəlikləri və ürəyin işemik xəstəliyi ilə daha az qarşılaşırlar.
Mütəxəssis bildirib ki, avokadonun faydalı təsiri onun tərkibindəki bitki sterolları ilə bağlıdır. Bu maddələr xolesterinin səviyyəsini aşağı salaraq ürək-damar xəstəliklərinin profilaktikasına kömək edir. Meyvənin tərkibində həmçinin antioksidantlar, E vitamini və damarların sağlamlığını dəstəkləyən digər faydalı mikro və makroelementlər mövcuddur.
Sara Aleksander avokadonun yüksək lif tərkibini də üstünlüklərdən biri kimi göstərib. Onun sözlərinə görə, yarım avokado gündəlik tövsiyə olunan qida lifinin təxminən dörddə birini təmin edir. Bundan əlavə, avokadoda kaliumun miqdarı banandan daha çoxdur ki, bu da orqanizmin artıq duzun qan təzyiqinə mənfi təsirinə qarşı mübarizəsinə kömək edir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий