- Google планирует выпустить 32 миллиона комаров в Калифорнии и Флориде
- Цель эксперимента - сократить популяцию диких насекомых, переносящих опасные болезни
- Комары являются переносчиками вируса Западного Нила, лихорадки денге, Зика и других
- Проект Debug разрабатывался более десяти лет
"Google" korporasiyası genişmiqyaslı ekoloji layihə həyata keçirməyi planlaşdırır. Belə ki, "Debug" təşəbbüsü çərçivəsində şirkət Kaliforniya və Florida ştatlarında xüsusi şəkildə yetişdirilmiş 32 milyon ağcaqanadın təbiətə buraxılmasını planlaşdırır.
Bu barədə Trend xarici mediaya istinadən xəbər verir.
Eksperimentin məqsədi insanlar üçün təhlükəli xəstəliklər, xüsusilə Qərbi Nil virusu və denge qızdırmasını yayan vəhşi həşəratların populyasiyasını kəskin şəkildə azaltmaqdır.
Ağcaqanadlar ABŞ-də bir sıra təhlükəli xəstəliklərin əsas daşıyıcıları hesab olunur. Bunlara Sent-Luis ensefaliti, denge qızdırması, Zika virusu, sarı qızdırma və hazırda ölkədə yoluxma hallarının sayına görə lider olan Qərbi Nil virusu daxildir.
"Debug" layihəsi məhz bu təhlükələrlə mübarizənin texnoloji və təhlükəsiz üsullarını tapmaq məqsədilə on ildən artıq müddətdə hazırlanıb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий