Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

O bildirib ki, dünya praktikasında öz unikallığı ilə səciyyələnən Böyük Qayıdış istər miqyasına, istərsə də işğal dövründə məruz qalmış dağıntıların həcminə görə, 2030-cu ilədək ölkəmizdə sosial-iqtisadi inkişafa dair 5 milli prioritetdən biridir.