- Председатель Суверенного переходного совета Судана Абдель Фаттах аль-Бурхан направил поздравительное письмо президенту Азербайджана Ильхаму Алиеву по случаю Дня независимости.
- В письме выражены поздравления от имени народа Судана и лично от аль-Бурхана.
- Аль-Бурхан подчеркнул глубину и прочность братских отношений между Суданом и Азербайджаном.
- Выражена решимость развивать и укреплять двустороннее сотрудничество, отвечающее взаимным интересам и общим целям.
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, məktubda qeyd olunub:
"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sudan xalqı adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi və dost Azərbaycan xalqına davamlı tərəqqi, rifah və firavanlıq arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Həmçinin Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.
Bu əlamətdar gün Sudan Respublikası ilə Azərbaycan Respublikasını birləşdirən qardaşlıq əlaqələrinin dərinliyini və möhkəmliyini bir daha təsdiqləmək üçün gözəl fürsət yaradır.
Bu xoş fürsətdən istifadə edərək ölkələrimizin qarşılıqlı maraqlarına və ortaq məqsədlərinə xidmət edən ikitərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində qətiyyətimi ifadə edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı və dərin hörmətimi qəbul etməyinizi xahiş edirəm".
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий