- Сон играет ключевую роль для здоровья мозга.
- Недостаток сна нарушает обработку информации, укрепление памяти и выведение токсинов.
- Хроническое недосыпание увеличивает риск депрессии, высокого давления и деменции.
- Рекомендуемая норма сна — не менее 7 часов в сутки.
- Качество сна важнее количества: частые пробуждения и апноэ ухудшают восстановление мозга.
Day.Az -ın məlumatına görə, yuxu zamanı beyin gün ərzində toplanan məlumatları emal edir, yaddaşı möhkəmləndirir, əhval-ruhiyyəni tənzimləyir və toksinləri orqanizmdən çıxarır.
Kifayət qədər yatmamaq bu prosesləri pozur və beynin funksiyalarına mənfi təsir göstərir.
Həkim qeyd edir ki, xroniki yuxusuzluq depressiya, yüksək təzyiq və demensiya riskini artırır. Araşdırmalar göstərir ki, az yuxu beyin hüceyrələrinin Alzheimer xəstəliyi ilə əlaqəli beta-amiloid və tau zülallarından təmizlənməsini zəiflədir. Bu isə uzunmüddətli dövrdə yaddaşın və koqnitiv qabiliyyətlərin zəifləməsinə gətirib çıxara bilər.
Mütəxəssis ideal yuxu norması kimi gündə ən az 7 saat yuxunu tövsiyə edir. 9 saatdan çox yatmaq da bəzi hallarda risklərlə əlaqələndirilir. Əsas məsələ təkcə yuxunun miqdarı deyil, keyfiyyətidir - tez-tez oyanmalar, yuxu apnesi kimi pozuntular beynin bərpa prosesini zəiflədir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий