- PAŞA Bank поддержал предпринимательский проект для детей в Шеки в Международный день защиты детей.
- Около 50 детей в возрасте 8-15 лет участвовали в проекте, изучая основы предпринимательства.
- Проект организован совместно с Центром инноваций при Государственном агентстве по услугам гражданам и социальным инновациям и Детским домом №6.
- Дети работали в командах, создавали продукты и представляли их, развивая навыки сотрудничества и креативности.
Bu dəfə Şəkidə keçirilən sahibkarlıq layihəsində 50-yə yaxın uşaq öz ideyaları üzərində çalışdı, komandalar qurdu və ilk təqdimatlarını etdi. Biz də PAŞA Bank olaraq bu təşəbbüsün bir parçası olduq.
8-15 yaş aralığında iştirak edən uşaqlar layihə boyunca sahibkarlığın əsaslarını öyrəndi, mentorlarla çalışdı və öz məhsullarını hazırlayaraq təqdim etdilər.
Təlimlər zamanı uşaqlar yalnız biznes haqqında bilik qazanmadılar. Eyni zamanda birlikdə işləməyi, qərar verməyi, fikirlərini ifadə etməyi və yaradıcı yanaşma formalaşdırmağı da təcrübədən keçirdilər.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin "Bilim Azərbaycan" layihəsi və Sosial Xidmətlər Agentliyinin 6 saylı uşaq evi sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə həyata keçirilib.
İnanırıq ki, uşaqların potensialına edilən hər investisiya gələcəyə edilən investisiyadır.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий