Bu barədə Day.Az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, iyunun 1-dən hər iki müntəzəm marşrut üzrə müasir avtobuslar fəaliyyətə başlayıb.

161 nömrəli marşrut üzrə 10 avtobus, 162 nömrəli marşrut üzrə isə 9 avtobus 9-10 dəqiqə intervalla sərnişinlərin xidmətindədir.

Avtobuslarda ödəniş nağdsız qaydadadır.