- С сегодняшнего дня вступили в силу изменения в процедуре государственной регистрации биологически активных добавок (БАД)
- Изменения направлены на упрощение процесса регистрации для предпринимателей и организацию электронного обмена данными между госорганами
- Запросы на экспертизу теперь будут направляться Агентством по безопасности пищевых продуктов (AQTA) в Министерство здравоохранения, а не предпринимателями
- Документы передаются через Электронное правительство (EHİS) в реальном времени
- Экспертиза проводится в течение 15 рабочих дней после заключения договора и оплаты
Day.Az Trend -ə istinadən xəbər verir ki, dəyişikliklər sahibkarlar üçün qeydiyyat prosesinin sadələşdirilməsi və dövlət qurumları arasında məlumat mübadiləsinin elektron qaydada təşkil edilməsini nəzərdə tutur.
Yeniliklər arasında diqqət çəkən məqamlardan biri BAQM-lərin dərman vasitələri ilə eyni tərkibli və eyni dozalı olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə aparılan ekspertiza rəylərinin alınması mexanizmi ilə bağlıdır.
Belə ki, əvvəlki dövrlərdə ekspertiza rəyi üçün sorğular sahibkarlar tərəfindən təqdim edilirdisə, bundan sonra həmin sorğular Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Səhiyyə Nazirliyinə göndəriləcək.
Yeni qaydalara əsasən, məhsulun dərman vasitəsi olub-olmaması barədə ekspertiza rəyinin alınması üçün tələb olunan sənədlər və məlumatlar AQTA tərəfindən Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə real vaxt rejimində Nazirliyə ötürüləcək.
Nazirliyin tabeliyində fəaliyyət göstərən "Analitik Ekspertiza Mərkəzi" ilə istehsalçı və ya onun müvəkkil etdiyi şəxs arasında ekspertiza xidmətlərinin göstərilməsi barədə müqavilə bağlandıqdan, müvafiq ödəniş həyata keçirildikdən və məhsul nümunələri təqdim edildikdən sonra AQTA-ya məlumat veriləcək.
Bundan sonra məhsul üzrə ekspertiza 15 iş günü müddətində aparılacaq və hazırlanan ekspertiza rəyi EHİS vasitəsilə Nazirlik tərəfindən Agentliyə təqdim ediləcək.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий