- Президент Ирана Пежешкиан поручил использовать возможности Азербайджана для обеспечения импорта товаров.
- На совещании обсуждались ограничения на южных пунктах пропуска и необходимость альтернативных маршрутов.
- Пежешкиан подчеркнул важность развития альтернативных торговых коридоров и использования потенциала соседних стран, включая Пакистан, Россию и Азербайджан.
- Иранские власти активизировали сухопутные пункты пропуска и альтернативные транспортные маршруты для облегчения импорта.
Day.Az İran mediasına istinadla xəbər verir ki, bu barədə İran Prezidenti İran Mərkəzi Bankın rəhbəri və digər dövlət qurumlarının məsul şəxslərinin iştirakı ilə keçirilən müşavirədə bildirib.
Pezeşkian zəruri ərzaq malları, dərman vasitələri ilə təminatın sürətləndirilməsi və alternativ idxal marşrutlarının idarə olunması üzrə koordinasiya iclasında bazar sabitliyinin qorunması və təchizat zəncirinin davamlılığının təmin edilməsi məqsədilə ölkənin logistika, ticarət və iqtisadi diplomatiya imkanlarının maksimum səviyyədə səfərbər edilməsinin zəruriliyini vurğulayıb.
İclasda cənub istiqamətində bəzi giriş məntəqələrində yaranmış məhdudiyyətlər nəzərə alınmaqla, ölkənin ehtiyac duyduğu əsas ərzaq mallarının, dərman vasitələrinin və digər zəruri məhsulların təminatı və idxalının son vəziyyəti ətraflı şəkildə müzakirə olunub.
İcraedici qurumlar mövcud vəziyyətin idarə olunması və alternativ marşrutların yaradılması istiqamətində görülən tədbirlər barədə hesabat təqdim ediblər.
İqtisadi blok nazirlərinin təqdim etdiyi məlumata əsasən, qonşu ölkələrlə aparılan danışıqlar və koordinasiya nəticəsində quru sərhəd keçid məntəqələrinin və alternativ nəqliyyat marşrutlarının əhəmiyyətli hissəsinin imkanları malların idxalının asanlaşdırılması və artırılması məqsədilə aktivləşdirilib və gücləndirilib. Əsas ərzaq mallarının ölkəyə daxil olması prosesi isə davamlı şəkildə izlənilir.
Prezident həmçinin ölkənin şimal limanlarının imkanlarından maksimum istifadə olunmasının, alternativ ticarət dəhlizlərinin inkişaf etdirilməsinin və qonşu ölkələrin, o cümlədən Pakistan, Rusiya və Azərbaycanın potensialından bəzi zəruri məhsulların təminatı və idxalı üçün istifadə edilməsinin vacibliyini vurğulayıb və bu sahədə əldə olunan razılaşmaların operativ şəkildə həyata keçirilməsini tapşırıb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий