- 28 мая руководители госорганов Азербайджана провели инспекцию на станциях Евлах, Гянджа, Акстафа и Бёюк-Кясик.
- Проверялась организация пограничного и таможенного контроля на поездах по маршруту Азербайджан-Грузия.
- Даны поручения по улучшению процедур пересечения границы и повышению уровня обслуживания граждан.
- Подчеркнута важность взаимодействия между ведомствами для обеспечения безопасности и бесперебойных перевозок.
Bu barədə Day.Az -a Dövlət Sərhəd Xİdmətindən məlumat verilib.
Səfər çərçivəsində qeyd olunan stansiyalarda mövcud infrastruktur, sərhəd və gömrük nəzarətinin təşkili vəziyyəti, sərnişin və yük daşımalarının operativ və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün yaradılmış şərait, eləcə də xidmətin təşkili ilə bağlı mövcud mexanizmlər yerində yoxlanılıb.
Baxış zamanı sərhəd-keçid prosedurlarının təkmilləşdirilməsi, rəsmiləşdirmə proseslərinin sürətləndirilməsi, vətəndaşlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, həmçinin nəqliyyat təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində müvafiq tapşırıqlar verilmiş, aidiyyəti üzrə qarşıda duran vəzifələr müəyyən edilib.
Qeyd olunubki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, beynəlxalq nəqliyyat dəhlizləri üzrə təhlükəsiz və fasiləsiz daşımaların həyata keçirilməsi, eləcə də vətəndaş məmnuniyyətinin artırılması məqsədilə aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyət bundan sonra da davam etdiriləcək.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий