- Международный фестиваль барбекю пройдет в Шамахи 13-14 июня.
- Организаторы: Исполнительная власть Шамахинского района, комплекс «Насими Баглары» и ресторан «Абгора».
- В фестивале примут участие известные шеф-повара из разных стран.
- В программе: презентации барбекю, кулинарные шоу, музыкальная программа.
- Билеты продаются на iTicket.az.
Şamaxıda növbəti Beynəlxalq Barbekü Festivalına hazırlıqlar başlayıb.
İyunun 13-14-də keçiriləcək festival Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi və "Abqora" restoranının dəstəyi ilə təşkil olunur.
Mədəni mübadilə və qastronomik turizmin genişləndirilməsinə yönələn festivalda müxtəlif ölkələrdən tanınmış şef-aşpazlar iştirak edəcək, möhtəşəm barbekü təqdimatları və dünya mətbəxinin ləziz nümunələri təqdim olunacaq.
Kulinariya bayramında fərqli mətbəx mədəniyyətləri ilə daha yaxından tanış olmaq, iştirakçılar arasında ünsiyyəti genişləndirmək, fərqli təamları dadmaq imkanı yaradılacaq.
Pavilyonlarda peşəkar şeflər dünya mətbəxinin zənginliyini təqdim edəcək, kulinariya məharətlərini bölüşəcək, "Barbekü və Manqal" dueti, "Steyk şou", musiqili proqram təqdim olunacaq.
Qeyd edək ki, ötən il Şamaxıda ilk dəfə keçirilən Beynəlxalq Barbekü Festivalı kütləviyi və rəngarəngliyi ilə yadda qalmışdı. Bunun ardı olaraq builki festival da ziyarətçilərə maraqlı və zəngin proqram vəd edir.
Festivala biletlər iTicket.az-da satışdadır.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий