- Проект Sea Breeze рассматривается как долгосрочная инициатива по созданию современного курорта и городской среды.
- Президент Agalarov Development и основатель Sea Breeze Эмин Агаларов выступил на сессии 'Новая география инвестиций'.
- Активная строительная фаза проекта продолжается, предусматривает расширение территории и инфраструктуры.
- Агаларов подчеркнул важность туристического направления и выразил уверенность в сохранении интереса туристов.
- Будущее развитие Sea Breeze включает последовательное расширение жилых, рекреационных и инвестиционных возможностей.
"Sea Breeze" layihəsi müasir kurort və şəhər mühitinin yaradılmasına yönəlmiş uzunmüddətli təşəbbüs kimi inkişaf etməyə davam edir.
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə "Agalarov Development"in prezidenti və "Sea Breeze" kurort şəhərinin təsisçisi Emin Ağalarov "İnvestisiyaların yeni coğrafiyası" mövzusunda keçirilən sessiyada çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan sahillərinin inkişaf potensialı hələ də böyük olaraq qalır və layihənin icrası uzunmüddətli perspektiv üçün nəzərdə tutulub.
E.Ağalarov qeyd edib ki, hazırda layihənin aktiv tikinti mərhələsi davam edir və bu mərhələ ərazinin və infrastrukturun daha da genişləndirilməsini nəzərdə tutur.
O, həmçinin turizm istiqamətinin əhəmiyyətini vurğulayıb və turistlər tərəfindən marağın qorunub saxlanacağına əminliyini ifadə edib
Onun sözlərinə görə, Azərbaycan xidmət səviyyəsi və qonaqpərvərliyi sayəsində cəlbedici istiqamət olaraq qalır.
"Sea Breeze"in təsisçisi layihənin tərəfdaşlarına təşəkkür edib, iri tikinti təşəbbüslərinin həyata keçirilməsində maliyyə institutlarının töhfəsini qeyd edib.
O vurğulayıb ki, "Sea Breeze"in gələcək inkişafı yaşayış, istirahət və investisiya cəlbi imkanlarının ardıcıl şəkildə genişləndirilməsini nəzərdə tutur.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий