- Главное управление государственной дорожной полиции предупредило о неблагоприятной погоде 25-26 мая.
- Погода повлияет на безопасность дорожного движения и увеличит риск аварий.
- Водителям рекомендовано выбирать скорость по условиям, увеличивать дистанцию, избегать резких маневров.
- Пешеходам рекомендовано переходить дорогу только в установленных местах и быть осторожными при плохой видимости.
- Водителям мопедов, мотоциклов и скутеров рекомендовано быть особенно внимательными при сильном ветре.
İdarədən Day.Az -a bildirilib ki, 25-26 mayda tarixində Bakı və Abşeron yarımadasında, eləcə də ölkənin bəzi bölgələrində müşahidə olunacaq hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərərək qəza riskini artırır.
Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını daha diqqətli olmağa çağırır.
Sürücülərə tövsiyə olunur ki, hərəkət sürətini hava və yol şəraitinə uyğun seçsinlər, ara məsafəsini artırsınlar, kəskin manevrlərdən və əsassız ötmələrdən çəkinərək nəqliyyat vasitəsini ehtiyatla idarə etsinlər. Görünmə məsafəsinin azaldığı hallarda işıq cihazlarından düzgün istifadə edilməli, uzaq işıqlar qarşıdan gələnlərə mane olmayacaq şəkildə tənzimlənməlidir.
Piyadalar isə yolu yalnız müəyyən olunmuş keçidlərdən keçməli, məhdud görünmə şəraitində xüsusilə ehtiyatlı davranmalıdırlar.
Xüsusilə küləkli hava şəraitində moped, motosiklet və skuter sürücüləri daha diqqətli olmalı, mümkün hallarda hərəkəti məhdudlaşdırmalıdırlar. Güclü külək bu nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və aşma riskini artırır.
Qeyd olunub ki, mövcud hava şəraitində hər bir məsuliyyətli davranış mümkün yol-nəqliyyat hadisələrinin qarşısını almağa xidmət edir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий