Milli.Az xəbər verir ki, Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır bildirib ki, aparatın sınaqları uğurla başa çatıb və buraxılış təqvimi artıq müəyyənləşib.

Onun sözlərinə görə, Türkiyə öz hibrid hərəkət sisteminə malik Ay aparatı ilə dərin kosmos layihələrində mühüm mərhələyə qədəm qoyacaq.

Kaçır həmçinin bildirib ki, Türkiyə Somalidə öz kosmodromunu inşa edir. Layihə tamamlandıqdan sonra ölkənin öz raketləri və kosmik aparatlarını müstəqil şəkildə kosmosa göndərməsi hədəflənir.